Yazıçı Kəramət Böyükçöl

Mənbə: Facebook

Başlıq: Yazıçı Kəramət Böyükçöl

Yazıçı Kəramət Böyükçöl saxlanılıb (yenilənib)

Məqalə yeniləndi:  18 Avqust 2020

***

Daxili İşlər Nazirliyi (DİN) yazıçı Kəramət Böyükçölün saxlanılması haqda açıqlama yayıb.

DİN Kəramət Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibinin ərazi üzrə polis bölməsinə müraciət etdiyini bildirib.

Bu barədə nazirlik APA-nin sorğusuna cavabında qeyd edib.

“İki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər. Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”,-deyə DİN mətbuat xidməti bildirib.

***

Ondan qonşuların şikayət etdiyi deyilir

Yazıçı Kəramət Böyükçöl avqustun 18-də günün ikinci yarısında saxlanılıb. Polislər onun yaşadığı evə gələrək qonşuların şikayət etdiyini deyiblər.

Polislərin evə gəlməsini canlı yayım edən yazıçı onlardan məhkəmə qərarını və qonşulardan kimin şikayət etdiyini sual etsə də, cavab almayıb və yayım kəsilib. Canlı yayımda yazıçının zorla aparıldığı görünür.

Kəramət Böyükçöl bir neçə gündür “Facebook” səhifəsində hakimiyyəti sərt tənqid edən canlı yayımlar edir və statuslar yazır.

Daxili İşlər Nazirliyi Kəramət Böyükçölün saxlanılması haqqında məlumat yaymayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/njuewy

Ən çox baxılan