Yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb (yenilənib)

Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli


Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılan yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.

Bu barədə APA-ya Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında havalimanında saxlanılıb: “Kitab tədbirində gedirdim, icazə vermədilər. Mən saxlanılan zaman ümumiyyətlə insident baş verməyib. Təklif etdim ki, bizi başqa reylsə yola salın, etmədilər”.

“Sizin haqqınızda cinayət işi başlanılıbmı?” sualına yazıçının cavabı belə olub: “Bu haqda danışmaq istəmirəm. Evə indi çatmışam, yorğunam. Sabah hər şey haqqında danışacağam, geniş açıqlama verəcəyəm”.

—————————————————————————————


Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.



Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.

Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Ə.Əylisli 2013-cü ildə yazdığı “Möhtəşəm tıxac” əsərinə görə Azərbaycanda bəzi insanların qəzəbinə gəlmişdi. Ona qarşı hökumətyönlü mediada kampaniya başlamışdı. Ə.Əylislini yazdığı bu əsərdə erməni təbliğatı aparmaqda ittiham edirdilər. Hətta onun bəzi kitabları yandırılmışdı (



azadliq.org



).

Ana səhifəXəbərlərYazıçı Əkrəm Əylisli sərbəst buraxılıb (yenilənib)