Yazıçı Çingiz Abdullayev “Neftçi”yə prezident təyin oluna bilər

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ç.Abdullayevin kluba prezident təyin edilməsi bu ayın əvvəlindən bəlli idi

Source:


Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ç.Abdullayevin kluba prezident təyin edilməsi bu ayın əvvəlindən bəlli idi

Martın 30-da “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib. Kluba bundan sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək.

S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Xəbərlə əlaqədar yazıçı Çingiz Abdullayev hələ ki, susur.

Ancaq AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza xəbəri təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri apasport.az saytına bildirib ki, Ç.Abdullayevin kluba prezident təyin edilməsi bu ayın əvvəlindən bəlli idi.

Klubun mətbuat katibi Gündüz Abbaszadə isə deyilənləri təkzib edir. O, axar.az-a açıqlamasında deyib: “Yazıçı Çingiz Abdullayevin “Neftçi” klubuna prezident təyin olunması ilə bağlı xəbər yalandır. Biz də bu xəbəri mətbuatdan eşitmişik. Belə bir rəsmi təyinat yoxdur. Bu, yalnız mətbuatın yaydığı xəbərdir”.

Ana səhifəXəbərlərYazıçı Çingiz Abdullayev “Neftçi”yə prezident təyin oluna bilər