İsveçrədə yaşayan azərbaycanlı yazar Əli Əkbərin yeni romanı “Die Kreuzung” (“Yol ayrıcı”) İsveçrənin tanınmış nəşriyyatlarından olan KaMeRu tərəfindən çap olunacaq. Nəşriyyat həmçinin Əli Əkbərin daha əvvəl qələmə aldığı romanlarının da tərcümə və çapında maraqlıdır. Əldə etdiyimiz məlumata görə, yazar bütün əsərlərinin tərcümə və çap hüququnu 10 illik KaMeRu nəşriyyatına verib. “Die Kreuzung”-un çapı bu ilin Oktyabrına nəzərdə tutulub. Kitab ilk dəfə bu il, Oktyabrın əvvəli Avropanın hər il keçirilən ən məşhur kitab sərgisi olan Frankfurt kitab sərgisində təqdim olunacaq. 25 Oktyabrda isə Zürich-də keçiriləcək Kitab qiraəti festivalında, roman müəllifin dilindən canlı oxunacaq. Əsər Almaniya, Avstriya və İsveçrənin bütün kitab mağazalarında satışa çıxarılacaq.
“Die Kreuzung” romanının Azərbaycanda, azərbaycan dilində tərcümə və nəşrinə müəllif tərəfindən qadağa qoyulub.
Ətraflı məlumat üçün
http://kameru.ch/buecher/alal01.html