”Yaz imtahanlarında 10 min nəfər yüz baldan aşağı toplayıb”

Məleykə Abbaszadə: “Hansı nəticə ilə ixtisas seçmək qərarını abituriyent verəcək”

Source:


Məleykə Abbaszadə: “Hansı nəticə ilə ixtisas seçmək qərarını abituriyent verəcək”

“I qrup üzrə yaz imtahanında iştirakçıların 50 faizdən çoxu təxminən 162, yay imtahanı iştirakçılarının isə yarıdan çoxu 193 bal toplayıb. Az da olsa artım olub. Göstəricilər müəyyən qruplar üzrə eyni qalsa da, III qrupda yaxşılaşıb”, – Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib.

Məlumatı “Report” yayıb.

M. Abbaszasə bildirib ki, yaz imtahanlarında iştirak edən 65 min insanın 53 mini ikinci dəfə yay imtahanına da yazılıb:

“Yay imtahanı üçün yazılan 10 min nəfərin ilkin nəticələri bizdə yox idi, çünki yaz imtahanında iştirak etməmişdilər. Builki qəbul imtahanlarının özəlliyini nəzərə alsaq, onlara iki dəfə şans verdik. Təqribən 10 min nəfər yay imtahanına yazılmadı. Bu da 100 baldan aşağı nəticə göstərənlər idi. Təbii ki, istisna hallar da var idi, bu da yaz imtahanlarında, yəni ilk şanslarında 700 bal toplayan abituriyentlər olub və onların ikinci şansa ehtiyacı yox idi”.

DİM sədri qeyd edib ki, II qrupda yaz imtahanında 18 343 iştirakçıdan 50 faizi 204, yay imtahanında 17 321 iştirakçıdan yarıdan çoxu 216, III qrupda ilk mərhələdə 16 360 iştirakçıdan 50 faizi 215 baldan yuxarı, ikinci mərhələdə 15 590 nəfərin yarıdan çoxu 264 bal, IV qrupda isə ilk şansda 4 455 nəfərin 50 faizi 266, ikinci şansda 4 248 nəfərdən yarısı 334 bal toplayıb.

M.Abbaszadə ən yüksək nəticənin müsabiqə zamanı nəzərə alındığını deyib:

“Hansı nəticə ilə ixtisas seçimi etməyini abituriyent özü seçəcək. Çünki o, ola bilsin ki, yay imtahanında 300 bal toplayıb, lakin iki fəndən lazım olan nəticəni göstərə bilməyib. Ona görə də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilməz. Lakin yaz imtahanında 260 bal toplasa da məhdudiyyəti yerinə yetirib və fənn məhdudiyyəti vacibdir. Bu zaman seçimini özü edə bilər”.

Ana səhifəXəbərlər”Yaz imtahanlarında 10 min nəfər yüz baldan aşağı toplayıb”