“Müstəqillikdən bu yana ölkədə köç dalğası başlayıb”
Almaniyanın “Legat” İnteqrasiya Mərkəzinin məlumatında təkcə 2017-ci ildə 3030 nəfər azərbaycanlının qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət etməsi diqqət çəkir.
Türkiyə Statistika Komitəsinin (Türk İstatistik Kurumu) rəqəmlərindən isə bu ölkəyə üz tutanların sayı qismən məlum olur: 2018-ci ilin ilk iki ayında azərbaycanlılar Türkiyədən 128 ev alıb. Bu, son 3 ilə nisbətdə 10 ev daha çoxdur.
Ekspertlər bu köçün səbəbini ölkədəki siyasi-iqtisadi durumla əlaqələndirirlər.
İqtisad Universitetinin məzunu 25 yaşlı Rəhman Məmmədli 2015-ci ildən işsizdir.
O, ölkədən getmək istəməsinin səbəbi kimi işsizlik və azad mühitinin olmamasını göstərir.
Şəhər sakinlərinin əksəriyyəti isə imkanları olarsa, ölkədən köçəcəklərini bildiriblər. “Müstəqillikdən bu yana ölkədə köç dalğası başlayıb, son 5 ildə isə 3-cü köç dalğası ailələrin ölkəni tərk etməsi ilə müşahidə olunur”,- İqtisadçı Natiq Cəfərli belə deyir.
ReAL Partiyasının sədr müavini Azər Qasımlı repressiv sistemli ölkələrdə köç dalğasının daha sürətlə getdiyini diqqətə çatdırır. Bəs Azərbaycandan kütləvi köç hansı iqtisadi və siyasi nəticələr verə bilər? Almaniyadan sığınacaq istəyən, qəbul edilmədikdən sonra isə ölkədə qanunsuz yaşayan 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.