Yaxınları: Siyasi mühacirin qayını polis şöbəsinə aparılıb

”Səbəb Elmir Şirəliyevin Berlində təşkil olunan aksiyada iştirakıdır”

Source:
Elmir Şirəliyev
Elmir Şirəliyev


”Səbəb Elmir Şirəliyevin Berlində təşkil olunan aksiyada iştirakıdır”

Almaniyada yaşayan siyasi mühacir Elmir Şirəliyevin yaxın qohumlarının təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə Meydan TV-yə siyasi mühacirin yaxınları məlumat veriblər. Bildirilir ki, yanvarın 10-da Elmir Şirəliyevin qayını, Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Ruslan Adilov saxlanılaraq polis şöbəsinə aparılıb.

Ruslan Adilovun bacısının həyat yoldaşı Əqidəm Fərhadovun sözlərinə görə, buna səbəb Elmir Şirəliyevin yanvarın 10-da Berlində təşkil olunan aksiyada iştirakı, təşkilatçılardan biri olmasıdır. Ruslan Adilova rəsmi saxlanma səbəbi deyilməsə də, hazırda rayon polis şöbəsindədir.

Meydan TV məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənə bilməyib.

Yanvarın 10-da Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan Səfirliyi önündə aksiya keçirilib. Aksiya azərbaycanlı bloger Mehman Hüseynova dəstək məqsədilə təşkil edilib. Mehmana azadlıq tələb edənlər Berlində yaşayan azərbaycanlı fəallar və mühacirlərdir.

Aksiyanın 2 gün davam edəcəyi planlaşdırılır.

Ana səhifəXəbərlərYaxınları: Siyasi mühacirin qayını polis şöbəsinə aparılıb