Baş redaktorun ''kars''a salındığı deyilir
Məhkəmə istintaqı aparılmadığı üçün aclıq aksiyası keçirən “realliq.info” saytının baş redaktoru İkram Rəhimov cərimə təcridxanasına (kars) salınıb.
Məlumatı Meydan TV-yə baş redaktorun yaxınları verib.
Bildiriblər ki, İkram Rəhimov 10 saat oturmağa yeri olmayan otağa salınıb, sonradan başqa cərimə təcridxanasına aparılıb:
“Hazırda aclıq səbəbindən İkram Rəhimovun səhhəti ağırlaşıb”.
İkram Rəhimov 5.6 il azadlıqdan məhrum edilib.
O, 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
Baş redaktor Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.
İkram Rəhimov ittihamları rədd edir və deyir ki, onu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşov həbs etdiriblər.