“Yaxın 2 ildə neftin qiyməti ilkin səviyyələrdən yuxarı qalxmayacaq”

Natiq Cəfərli: “Nəhayət, Azərbaycan dünyada gedən proseslərdən nəticə çıxardı”

Source:


Natiq Cəfərli: “Nəhayət Azərbaycan dünyada gedən proseslərdən nəticə çıxardı”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollara hesablanacağını bildirib. Bildirək ki, bu il dövlət büdcəsində bir barel neftin qiyməti 90 dollar nəzərdə tutulub.

İqtisadçı ekspert Natiq Cəfərli Meydan TV-yə açıqlamasında bu addımı Azərbaycan hökumətinin nəhayət dünyada gedən proseslərdən nəticə çıxardığı kimi dəyərləndirib. Ekspert bildirib ki, Rusiyada da neftin qiyməti 50 dollardan hesablanır. Azərbaycan isə çox zaman Rusiyanın addımlarını təkrarlayır. Bu da gözlənilən idi:

“Burada qaranlıq qalan məsələ odur ki, bu ilin büdcəsində neft 90 dollardan hesablanıb. Mayda büdcəyə dəyişiklik edilib-edilməməyəcəyi barədə rəsmi məlumat yoxdur. Odur ki, Elman Rüstəmovun bu məsələ ilə bağlı detallı məlumat verilməsinə ehtiyac var. Bu məsələdə aşkar olan isə odur ki, Rusiyanın atdığı addımı eyni ilə Azərbaycan da təkrarlamaq istəyir”.

Natiq Cəfərli onu da bildirdi ki, yaxın 2 ildə neftin qiyməti ilkin səviyyələrdən yuxarı qalxmayacaq: “Bu nüfuzlu təşkilatların analizlərində də əksini tapıb. Görünən odur ki, İranla gedən danışıqların nəticəsi neft bazarına təsir edəcək. İrandan sanksiyalar götürülsə, o hər gün neft bazarına daha 1 milyon barel neft çıxarar. Bu da neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər”.

Ana səhifəXəbərlər“Yaxın 2 ildə neftin qiyməti ilkin səviyyələrdən yuxarı qalxmayacaq”