Yataqxanada məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək

Köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət 20 manat məbləğində müəyyən edilib

Source:


Köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət 20 manat məbləğində müəyyən edilib

Yataqxana, müalicə pansionatları və bu tipli binalarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək.

Prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə fərman verib.

Fərman “president.az” saytında dərc olunub. Fərmana əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.

 Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.

İlham Əliyev yanvarın 23-də köçkünlər və onlara bərabər tutulan şəxslərə veriləcək aylıq müavinətlə bağlı fərman imzalayıb. Fərmana görə, məcburi köçkünlərə yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib. Həmin dövrə qədər isə məcburi köçkünlər yalnız 20 manat çərəkpulu alırdılar və kommunal xidmətlər limitləşdirilmişdi.

Bundan sonra köçkünlərin məskunlaşdığı binalara sayğacların quraşdırılması prosesi başlandı. Bu isə etirazlara səbəb oldu. Köçkünlər əlavə olunan 16 manatla işıq və qazpulu ödəyə bilməyəcəklərini bildirirdilər.

Ana səhifəXəbərlərYataqxanada məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək