İlham Əliyevin səfərləri zamanı görünən üzü təmir edilən binanın digər üzündə sakinlər şikayət edirlər. Sumqayıt şəhərindəki Heydər Əliyev prospektində yerləşən 1 saylı yataqxananın sakinləri ümumi hamam, tualet və mətbəxlərinin təmir edilməsini tələb edirlər. Keçmiş məcburi köçkünlər onlar üçün tikilən binaların şəhid ailələrinə verilməsinə etiraz etmirlər, amma növbəti illəri necə keçirəcəklərini də qayğılı halda düşünürlər. Onların şikayətlər təkcə şəraitlə bağlı deyil. Tibbi yardıma ehtiyacı olanların dərdi başqadır.
Hökumət isə hələ evlə təmin etməyəcəyi keçmiş məcburi köçkünlərin problemlərinin necə yoluna qoyulacağını açıqlamayıb.