YATA Azərbaycanın sədri ABŞ səfiri ilə görüşüb

Zaur Əkbər: ”Görüşdə əsasən ölkədəki mövcud ictimai-siyasi, xüsusən də referendumqabağı vəziyyət müzakirə olunub”

Source:
Zaur Əkbər
Zaur Əkbər


Zaur Əkbər: ”Görüşdə əsasən ölkədəki mövcud ictimai-siyasi, xüsusən də referendumqabağı vəziyyət müzakirə olunub”

Sentyabrın 23-də Gənclərin Atlantik Müqaviləsi Assosiasiyanın (YATA Azərbaycan) rəhbəri Zaur Əkbər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Cekuta ilə görüşüb.

Bu barədə Meydan TV-yə Zaur Əkbərin özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə əsasən ölkədəki mövcud ictimai-siyasi, xüsusən də referendumqabağı vəziyyət müzakirə olunub. Bundan başqa, Azərbaycanın Mədən Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsü (EITI) və Açıq Hökumət Tərəfdaşlığındakı (OGP) durumu da əsas müzakirə mövzularından olub. Görüşdə həmçinin səfirliyin iqtisadiyyat şöbəsinin əməkdaşı xanım Zeenat Syed də iştirak edib.

Ana səhifəXəbərlərYATA Azərbaycanın sədri ABŞ səfiri ilə görüşüb