Yaşayış minimumu artırılacaq

Yaşayış minimumunun 125 manatdan 131 manata qədər artırılması planlaşdırılır

Source:


Yaşayış minimumunun 125 manatdan 131 manata qədər artırılması planlaşdırılır

Parlament komitələrində yaşayış minimumu və ehtiyac meyarı haqda qanun layihələrinin müzakirəsi gedir. Onların artırılması gözlənilir.

Yaşayış minimumunun 125 manatdan 131 manata qədər artırılması planlaşdırılır. Əmək qabiliyyətli əhali üçün bu göstərici (2014-cü ildə 136 manat) 140 manat, pensiyaçılar və uşaqlar üçün (103 manat) 108 manat olacaq. Ayda 1575 manat maaş (əlavə pul və ayırmalarsız) alan deputatlar Prezident Administrasiyasından gələn qanun layihəsini müsbət qiymətləndirib.

Müstəqil ekspertlər minimal istehlak səbətinə əsaslanaraq hesablayıb ki, hakimiyyətin müəyyən etdiyi yaşayış minimumu 200 manatdan az olmamalıdır. İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda istehak səbətinin, ələlxüsus, ərzaq və xidmətlər səbətinin strukturu zəif inkişaf etmiş ölkələrin yaşayış standartlarına uyğundu. «Məsələn, bizdə adambaşna ət istehlakı illik 28 kq-a yaxın götürülür. Halbuki, inkişaf etmiş ölkələrin göstəricisi bundan 2.5 dəfə yüksəkdir. Eynilə balıq və meyvə istehlakında da belədi. Yaxud inkişaf etmiş ölkələrdə bal minimum istehlakın struktruna daxildi, amma bizdə bal yoxdu. Yaxud artıq inkişaf etmiş ölkələrdə genişzolaqlı inetrnet xərci xidmətlər minimum istehlak standartı kimi götürülür”, deyə ekspert bildirib. Ağayev hesab edir ki, regionlar üzrə fərqli yaşayış minimumu hesablanmalıdır. Ən azı Bakı digər iri şəhərlər və kəndlər üzrə differensial olmalıdır. (TURAN İA)

Ana səhifəXəbərlərYaşayış minimumu artırılacaq