Yaşayış binasında istifadə olunan üzlüyün istehsalçısı tutuldu

Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb

Source:


Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb

Bakıda yaşayış binasında baş verən yanğınla bağlı həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir.

Birgə məlumatda daha sonra qeyd edilib ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

“Turan İA”-ın məlumatına görə, Bakıda 800-ə yaxın yaşayış binası belə “alışan” üzləmə materialı ilə üzlənib. Üzləmə dörd növdədir və onlar hamısı bu və ya digər temperaturda yanır. Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb.

Birinci mərtəbələrdən yuxarıda üzləmənin demontajı daha sonra – Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcək.

İstintaq orqanları binaların məhz bu materiallarla üzlənməsinə kimin və necə icazə verdiyinin araşdırılması ilə məşğul olacaq. Təqsirkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Agentliyin məlumatında bildirilib ki, üzləmə materialının hazırki və bundan əvvəlki alışmasında diversiya versiyası az ehtimal olunur. İstənilən halda, baş prokurorun yanğının səbəbinin keyfiyyətsiz üzləmə materialı olması haqqında bəyanatı çox şeydən xəbər verir: “Bu işlər “Global Construction” şirkəti tərəfindən həyata keçirilib. Üzləmə materialının tədarükçüsü hələki məlum deyil. Bəzi məlumatlara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı idi”.

“Lakin ən maraqlısı odur ki, bu şirkət kimə məxsusdur? Məlumatlı mənbənin sözlərinə görə, firmanın sahibi Azərbaycanın çox yüksək vəzifəli məmurunun kürəkənidir. Belə hallarda çox vaxt olduğu kimi, firma sahibləri dərhal təsisçiləri dəyişir və məsuliyyətdən qaçır. Buna görə bu halda ölkənin ali rəhbərliyinin necə davranacağı maraqlıdır – baş verənlərə prinsipial qiymət vermək istəyəcək, yoxsa “hədəfi” tapacaq? Bu sualın cavabı yaxın gələcəkdə aydın olacaq”,- deyə “Turan İA”-ın məlumatı bu fikirlərlə yekunlaşır.

Ana səhifəXəbərlərYaşayış binasında istifadə olunan üzlüyün istehsalçısı tutuldu