Bu devizlə gənclər, xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlı üçün yardım aksiyası təşkil ediblər.
Aksiya fevralın 24-ü, saat 10:00-dan axsham 22:00-a kimi “Park Bulvar” ticarət və istirahət mərkəzində reallaşıb. Təşkilatçıların bidirdiyinə görə, səhər saatlarından insanlar maddi yardım etmək məqsədi ilə bura gələrək, müxtəlif məqbləğlərlə yardım etməyə çalışıblar. Burada müxtəlif əl işlərinin satışı ilə yanaşı, həm də kitab yarmarkası təşkil olunub. Yığılan bütün məbləğ Nərminin müalicəsi üçün nəzərdə tutulub.
Gənclərın arasında küçələrdə də sakinlərdən pul toplayanlar var. Eyni zamanda bir sıra təşkilatlar, kommersiya qurumları da Nərminə yardım aksiyasına qoşulub. Şəhərin ber neçə yerində, müxtəlif obyektlərdə qutular qoyularaq, ianələr toplanıb.
Nərminin xaricdə müalicəsi üçün 150 min manata ehtiyac var.
Aynurə Sultan
Meydan TV