Noyabrın 21-də saat Bakının Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, saat 19:50 radələrində çağrı daxil olub və hadisə yerinə 18 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfərə təcili tibbi yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib, onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Daha 5 nəfər öz tibb müəssisəsinə müraciət edib. Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Yanğının başvermə səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.