Yarımstansiyadakı partlayışda yaralanan şəxsin vəfat etdiyi bildirilir

Arxiv görüntü

Arxiv görüntü

Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayış zamanı xəsarət alan 30 yaşlı Elnur Natiq oğlu Həsənovun xəstəxanada vəfat etdiyi bildirilir. 

Xəbəri "Report" yayıb. İş günü olmadığından Səhiyyə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Noyabr ayının 14-də yarımstansiyada partlayış baş verib. Rəsmi məlumata görə, partlayışa səbəb yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanmanın baş verməsidir

 Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Noyabrın 13-də isə Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın olub.

Məlumata görə, yanğın test zamanı baş verib.

Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İES”də baş verən yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz qoydu.

Hadisənin araşdırılması nəticəsində prezident İlham Əliyevin sərəncamı ilə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad olunaraq, yerinə Baba Rzayev təyin edildi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kra8xw

Ən çox baxılan