Yarımstansiyadakı partlayışda yaralanan şəxsin vəfat etdiyi bildirilir

30 yaşlı Elnur Həsənov ağır bədən xəsarətləri almışdı

Source:
Arxiv görüntü
Arxiv görüntü

Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayış zamanı xəsarət alan 30 yaşlı Elnur Natiq oğlu Həsənovun xəstəxanada vəfat etdiyi bildirilir.

Xəbəri “Report” yayıb. İş günü olmadığından Səhiyyə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Noyabr ayının 14-də yarımstansiyada partlayış baş verib. Rəsmi məlumata görə, partlayışa səbəb yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanmanın

baş verməsidir

.

 Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Noyabrın 13-də isə Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın olub.

Məlumata görə, yanğın test zamanı baş verib.

Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İES”də baş verən yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz qoydu.

Hadisənin araşdırılması nəticəsində prezident İlham Əliyevin sərəncamı ilə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad olunaraq, yerinə Baba Rzayev təyin edildi.

Ana səhifəXəbərlərYarımstansiyadakı partlayışda yaralanan şəxsin vəfat etdiyi bildirilir