”80-dən çox insan xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır”
Gecə saatlarında Yaponiyanın cənub-qərbində baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Bu barədə Kumamoto prefekturasının polis idarəsinin məlumatında bildirilir.
Son iki gün ərzində Yaponiyanın cənub-qərbində baş verən iki güclü yeraltı təkanlar nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa təcili keçirilən mətbuat konfransında bildirib ki, 80-dən çox insan xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır. Eyni zamanda, 2 minə yaxın insan orta və yüngül dərəcəli zədə alıb.