Yapon nazir toplantıya üç dəqiqə gecikdiyi üçün üzr istəyib

Müxalif deputatlar büdcə komissiyasının iclasını 5 saat boykot ediblər

Source:


Müxalif deputatlar büdcə komissiyasının iclasını 5 saat boykot ediblər

Yaponiyanın Olimpiya naziri Yoşitaka Sakurada parlamentdə keçirilən bir toplantıya üç dəqiqəlik gecikdiyi üçün ictimai şəkildə hər kəsdən üzr istəyib, – BBC xəbər verir.

Müxalifət millət vəkilləri Sakuradanın toplantıya gecikməsinin vəzifəsinə qarşı hörmətsizlik olduğunu söyləyiblər və büdcə komissiyasının iclasını beş saat boykot ediblər.

Müxalif deputatlar atdığı addımları və səhvləri ilə gündəmə gələn Sakuradanı tənqid edirlər.

Keçən həftə Olimpiya medalı alması gözlənilən bir üzgüçünün leykemiya xəstəsi olduğu müəyyən edildikdə, nazir idmançının onu xəyalqırıqlığına uğratdığını söyləyərək, tənqid etmişdi.

Sakurada “Özü Tokio 2020 olimpiadalarında potensial qızıl medal mükafatçısı, çox böyük gözləntilərimizin olduğu idmançıdır. Həqiqətən məyus oldum,”- demişdi.

Sakurada daha sonra bu sözlərinə görə üzr istəmişdi.

Sakurada iki il öncə İkinci Dünya Müharibəsində yapon əsgərləriylə yatmağa zorlanan qadınları “peşəkar fahişələr” adlandırdığına görə də tənqid olunmuşdu. Eyni zamanda kibertəhlükəsizlik naziri olan Sakurada ötən il heç kompüter istifadə etmədiyini söyləmişdi və bu sahədəki işlərini vacib saymadığını qeyd etmişdi.

Müxalifət partiyaları bir müddətdir naziri istefaya çağırırlar.

Yapon mədəniyyətində toplantılara gec qalmaq çox böyük mədəni ayıb sayılmasa da, müxalif deputatlar Sakuradanın fəaliyyətinin qeyri-kafi olduğunu vurğulamaq üçün son hadisəyə diqqət çəkiblər.

“Asahi Şimbun” qəzetində Sakuradanın bu vəzifəyə uyğun olub-olmadığını sual edən bir sorğuda respondentlərin 65 faizi mənfi cavab veriblər.

Ötən ilin oktyabrında Sakurada nazir vəzifəsinə təyin edilib. Onun vəzifələri arasında 2020 Olimpiya Oyunlarında kibertəhlükəsizliyi təmin etmək də var.

Ana səhifəXəbərlərYapon nazir toplantıya üç dəqiqə gecikdiyi üçün üzr istəyib