Yapon imperatoru 200 ildə ilk dəfə olaraq istefa verib

İstefasından sonra Akihito İmperator Emeritus titulunu alacaq və artıq heç bir kral fəaliyyətinin bir hissəsi olmayacaq

Source: google.az


Onun yerini oğlu Şahzadə Naruhito tutacaq

Yaponiyanın 125-ci imperatoru Akihito üç on illik idarə etdiyi krallığı buraxıb, – beynəlxalq agentliklər xəbər verir.

İmperator aprelin 30-da vəzifəsindən gedib və onun yerini oğlu Şahzadə Naruhito tutacaq. O, ölkənin yeni imperatoru olacaq. Akihitonun son 200 il içində istefa edən ilk imperator olduğu qeyd edilir.

Şahzadə imperator postunu növbəti gündən etibarən tutacaq. Lakin onun rəsmi olaraq kral elan edilməsi 22 oktyabrda olacaq.

2016-cı ilin avqust ayında sağlamlıq səbəbləri göstərərək imperator Akihito taxtı tərk etmişdi. Yaponiya hökuməti mövcud imperatorun istefasını birdəfəlik qanun olaraq təsdiqləyib.

59 yaşlı Şahzadə Naruhito musiqiçidir və imperatorun iki oğlunun ən böyüyüdür. Gakuşuin Universitetində tarix üzrə oxuyub və Harvardda iki il kurs keçirib. Şahzadə 18-ci əsrdə Temza çayının nəqliyyat sistemlərinə dair akademik yaz yazıb.

İmperator Akihito hakimiyyəti dövründə ölkədə əhəmiyyətli dəyişikliklər baş verib. Yaponiya və Çin münasibətləri inkişaf edib.

Yaponiya 2019-cu ildə Raqbi Dünya Kubokuna və 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına giriş səbəbi ilə ən çox turistik yerlərdən birinə çevrilib. Mövcud imperatorun hökmranlığı zamanı qadınların səlahiyyətləri artaraq 14 faizə yüksəlmişdi.

İstefasından sonra Akihito İmperator Emeritus titulunu alacaq və artıq heç bir kral fəaliyyətinin bir hissəsi olmayacaq. O, Takanava İmperial Rezidensiyasına həyat yoldaşı, İmperator Miçiko ilə birlikdə köçəcək. Oktyabr ayında Naruhitonun rəsmi olaraq kral elan edilməsindən sonra Akihito Tokiyoda yerləşən Akasaka torpaqlarındakı Toqu sarayına daşınacaq.

Ana səhifəDünyaYapon imperatoru 200 ildə ilk dəfə olaraq istefa verib