Deputatın məsələsi Milli Məclisin İntizam Komissiyasında da müzakirə oluna bilər
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzova töhmət elan edildiyi bildirilir.
Bu barədə hakim partiyanın mətbuat xidməti
məlumat
yayıb.
Səbəb deputat Siyavuş Novruzovun karantin rejimini pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsidir.
Məlumatda qeyd olunur ki, qərar COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozdulduğu üçün verilib:
“Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də olaya münasibətini ifadə
edib
.
Əli Hüseynli “modern.az”-a deyib ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun hərəkəti vəzifəli şəxs kimi, inzibati məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə həmçinin İntizam Komissiyası tərəfindən baxıla bilər
Komitə sədri bildirib ki, AMEA-nın prezidentinin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətdə haqlı narazılıqla qarşılanıb:
"Çünki əvvəla bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır”.
Bu gün
Abşeron Rayon Məhkəməsi AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası haqqında 15 sutka həbs cəzası çıxarıb.
Avqustun 21-də
sabiq deputat İlham Əliyevin karantin qaydalarına zidd olaraq qızı Fidan Əliyevaya toy etməsi sosial şəbəkələrin və medianın əsas müzakirə mövzusuna çevrilib.