Bələdiyyə sədrliyinə namizədin narkotiklə tutulması xəbəri yayılıb
Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz İxtiyar oğlu Ağayevin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
“Report” saytının bölgə müxbirinin verdiyi xəbərə görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonu Qaratəpə kəndi üzrə bələdiyyə üzvlüyünə namizəddir.