Qurultay martın 5-nə təyin edilib
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Bu barədə “Report”a partiyadan məlumat verilib.
Bildirilib ki, növbədənkənar qurultay martın 5-də keçiriləcək.
YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.
YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə qərarı Meydan TV-yə şərh etmək istəməyib.