YAP MSK-dakı təmsilçiləri ilə bağlı müzakirələr aparacaq

Hakim partiyanı MSK-da Məzahir Pənahov (sədr), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir

Source:


Hakim partiyanı MSK-da Məzahir Pənahov (sədr), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir

“Milli Məclis yeni tərkibdə fəaliyyətə başladıqdan sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına göndərəcəyi təmsilçilərlə bağlı müzakirələr aparacaq”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclis səlahiyyətlərini həyata keçirəcək: “Mərkəzi Seçki Komissiyası da Milli Məclisin yeni tərkibinə uyğun formalaşdırılacaq. MSK formalaşdırılanda Yeni Azərbaycan Partiyasının rəhbərliyi müzakirələr aparıb, komissiya üzvü olacaq nümayəndələrlə bağlı qərar verəcək. Hazırda MSK-da YAP-ı təmsil edən şəxslərdən kimlərin yenidən namizəd irəli sürüləcəyini indi demək çətindi. Bu məsələ müzakirələrdən sonra məlum olacaq”.

MSK-nın səlahiyyət müddəti 5 ildir. Komissiyanın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb. YAP-ı MSK-da Məzahir Pənahov (sədr), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir.

Ana səhifəXəbərlərYAP MSK-dakı təmsilçiləri ilə bağlı müzakirələr aparacaq