Əli Əhmədov: “Partiyanın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür”
Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb.
APA
-nın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi
Əli Əhmədov
bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.
O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır: “Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”.