YAP-ın 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini irəli sürdüyü Sədaqət Vəliyevanın seçiciləri ilə görüşü keçirilib. Görüşə gələnlərin əksəriyyəti müəllimələr olub. Onlardan görüşlə bağlı kimdən xəbər tutduqlarını soruşduqda bəzisi “məktəbdən deyiblər” cavabını verib, bəzisi sualı eşidib qaçıb, bəzisi də susub.
Görüşdən çıxanlardan həm də soruşmuşuq ki, kiminlə görüşdünüz? Bir çoxu namizədin adını deyə bilməyib. Bir nəfər isə deyib ki, namizəd kim olsa, onunla görüşəcəyik.