YAP-çılar İlham Əliyevin namizədliyinin lehinə ayaq üstə səs veriblər

İlham Əliyev dördüncü dəfə seçkilərə gedir

Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilən qurultayında növbədənkənar seçkilərdə namizədlik məsələsi həll edilib.

Azərtac

xəbər

verir ki, partiyanın sədri, hazırki prezident İlham Əliyev prezidentliyə namizəd kimi irəli sürülüb.

YAP-çılar ayaqüstə səs verərək, qərarı təsdiq ediblər.

İlham Əliyev atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra Azərbaycana rəhbərlik edir. O, 2003, 2008, 2013-cü illərdə prezident seçilib. Beynəlxalq müşahidəçilər həmin seçkilərin saxtalaşdırıldığı barədə bəyanatlar veriblər.

2016-cl ildə Konstitusiyaya dəyişikliklər edildikdən sonra Azərbaycanda prezidentlik müddəti 5 ildən 7 ilə qədər uzadılıb.

Ana səhifəVideoYAP-çılar İlham Əliyevin namizədliyinin lehinə ayaq üstə səs veriblər