”YAP-çı icra başçısının əleyhinə ifadə verib”

”Tələb etdik ki, İH başçısı məcburi məhkəməyə gətirilsin və Azər Abbasovla Süleyman Rəhimov çarpaz dindirilsin”

Source:
Elçin İsmayıllı
Elçin İsmayıllı


”Tələb etdik ki, İH başçısı məcburi məhkəməyə gətirilsin və Azər Abbasovla Süleyman Rəhimov çarpaz dindirilsin”

Avqustun 31-də Şəki Ağır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayıllının məhkəmə prosesi davam etdirilib.

Prosesdə hal şahidləri Süleyman Rəhimov və Elgün Səmədov ifadə veriblər.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadlıqov verib.

Hal şahidləri ifadələrində bildiriblər ki, hadisə yerinə dəvət edilərkən onlara hüquq və vəzifələri izah edilməyib. Onlar həmçinin davamlı olaraq hadisə yerində olmadıqlarını qeyd ediblər.

“Biz restoranda ofisiant işləyirik. Tez-tez müştərilər çağırırdı, gedib, gəlirdik. Əməliyyat yerində baş verənləri detallı izləyə bilməmişik”, hal şahidlərinin hər ikisi belə deyib.

Hal şahidlərindən Süleyman Rəhimov məhkəməyə bildirib ki, əməliyyat zamanı Azər Abbasov ona deyibmiş ki, Elçin İsmayıllı ondan borc pul istəyib.

“Əməliyyat zamanı Azər Abbasovun halı da pisləşdi. Hadisə yerinə buna görə, tibbi yardım da çağırdılar”, deyən hal şahidi Elçin İsmayıllıdan götürüldüyü puldan da xəbərsiz olduqlarını bildirib.

“Pul hardan çıxdı, hardan tapdılar – biz onu görməmişik”.

Elçin Sadıqov hal şahidlərinin ifadələrinin istintaqa verdikləri ifadələrlə üst-üstə düşmədiyini deyib.

Vəkil məhkəmədə çıxışında iş üzrə əsas adamlardan biri YAP İsmayıllı rayon şöbəsinin sədr müavini Azər Abbasovun ifadələrinə diqqət çəkib.

“Azər Abbasov həm istintaqda, həm də məhkəmədə bildirib ki, Elçin İsmayıllıya veriləcək pulu ona İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov verib. Mirdamət Sadıqov isə istintaqa ifadəsində heç kimə pul vermədiyini  deyib. Burda ciddi anlaşılmazlıq var. Bununla bağlı vəsatət qaldırdıq. Tələb etdik ki, İH başçısı məcburi məhkəməyə gətirilsin və Azər Abbasovla Süleyman Rəhimov çarpaz dindirilsin”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəsatətin İH başçısının məcburi gətirilməsi hissəsini rədd edib. İH başçısının çarpaz dindirmə üçün məhkəməyə dəvət edilməsinə qərar verilib.

Proses sentyabrın 9-da davam etdiriləcək.

Ana səhifəXəbərlər”YAP-çı icra başçısının əleyhinə ifadə verib”