YAP-çı deputatın polisi dana adlandırmasına DYP-dən reaksiya

“Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində üç dəfə təlimatlandırılır”.

Source:


“Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində üç dəfə təlimatlandırılır”.

Bunu azvision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Vaqif Əsədov Milli Məclisin 2 fevral iclasında YAP üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun yol polisi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib: “Cəmiyyətdə elə insanlar var ki, onları hər kəs tanıyır. Bu baxımdan polis əməkdaşları da həmin şəxsləri tanımalıdır”.

DYP rəsmisinin sözlərinə görə, hansısa polis əməkdaşlarının hafizəsində nöqsanlar ola bilər.

Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Eldar İbrahimov Dövlət Yol Polisi (DYP) əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirmişdi. Deputat demişdi ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər: “Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

Ana səhifəXəbərlərYAP-çı deputatın polisi dana adlandırmasına DYP-dən reaksiya