Yanvar-iyul aylarlnda ordumuzda 50 nəfər dünyasını dəyişib

Ötən müddətdə 98 nəfər yaralanıb və ya xəsarət alıb

Source:


Ötən müddətdə 98 nəfər yaralanıb və ya xəsarət alıb

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (JHAM ) KİV-də həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 50 nəfər təşkil edib.

Məlumatı Meydan TV-yə JHAM direktoru Cəsur Sümərinli verib. Onun sözlərinə görə, ötən müddətdə 98 nəfər yaralanıb və ya xəsarət alıb.

C.Sümərinli bildirib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u  döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 37-si isə qeyri-döyüş itkiləridir. 10 – nəfər avtoqəzadan,  1 – nəfər naməlum səbəbdən,  6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 42-si Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

“Yaralılara və xəsarət alanlara gəlincə (98 nəfər), C.Sümərinli dedi ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 15-i erməni gülləsindən, 9 nəfər mina partlayışından,  3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 83 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar” – deyə o, bildirib.

Mərkəz sədri deyib ki, müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. O, ötən aylarda Azərbaycanın 10 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib, 2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.

“Eyni zamanda, 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).  Ümumilikdə, aprelin 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülki şəxs saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir” – bu fikirlər də Sümərənliyə məxsusdur.

Ana səhifəXəbərlərYanvar-iyul aylarlnda ordumuzda 50 nəfər dünyasını dəyişib