Yanmış binanın sakinləri evlərinə qayıtdı (VİDEO)


Bina iki ay təmirə dayanıb. Evi yanmış sakinlərin bəzilərinə dəymiş zərərin müqabilində 15 min manat təzminat ödənilib. Konpensasiya almayan, evləri təmirsiz qalan sakinlər isə bunun ədalətsizlik olduğunu deyirlər.

Onlar nəinki, yanğın zamanı, hadisədən sonra da narahatlıq içində yaşayırlar. Bina sakini Mahmud Musayevin sözlərinə görə, ailəsi, uşaqları təmir işləri zamanı yaranan səs-küy və dağınıq vəziyyətdən əziyyət çəkirlər.

Digər sakin Xatiman Əliyeva isə yanğının söndürülməsindən sonra mənzildə yaranan nəmişlik və toz-torpaq içərisində yaşamağın mümkün olmadığını deyir. Körpə uşağını evə qaytarmaq istəsə də, binadakı şəraitin buna imkan vermədiyindən şikayətlənir.

Bina sakini Qəyyub Quliyev 15 min manat təzminatın təmir işlərinə kifayət etdiyini deyir. Kompensasiya alan sakinlərdən olan Rövşən Vəliyev isə verilən məbləğdən qane deyil.

Sakinlər dəfələrlə Xətai Rayon və Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirər Kabinetinə müraciət etsələr də, səslərinə səs verən olmayıb. Verilən vədlər isə hələ də yerinə yetirilmir.

Ana səhifəVideoYanmış binanın sakinləri evlərinə qayıtdı (VİDEO)