”Yanlış dini ideologiyaları yayanlara qarşı qarşı tədbirlər görüləcək”

Səyavuş Heydərov: ”Bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar atmağı nəzərdə tutmuşuq”

Source:


Səyavuş Heydərov: ”Bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar atmağı nəzərdə tutmuşuq”

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov report.az-a bildirib ki, özbaşına kütlə qarşısında dini ayinləri icra etmək, yanlış ideologiyaları yaymaq istəsə, onlara qarşı tədbirlər görüləcək.

Komitə rəsmisinin qənaətincə, bəzən insanlar yanlışlığa yol verir və məscid olmayan tikiliyə məscid, rəsmi qeydiyyatı olmayan bir qrupa isə icma adı verirlər:

“Vətəndaşlarımızı yad dini ideologiyalardan qorumaq üçün müəyyən tikililərdə din adı altında özbaşına yığıncaq təşkil edilməsinə icazə verilmir”.

Сиявуш Гейдаров

Səyavuş Heydərov məscid kimi fəaliyyət göstərmək üçün qeydiyyat və icma olmasının vacibliyini vurğulayıb:

“Bundan əlavə rəsmi din xadimi təyin olunmalıdır. Yəni dini mərasimi kimin keçirdiyi və insanlara ibadəti kimlərin öyrətdiyi bilinməlidir. Ona görə kənar şəxslərin, şübhəli insanların bu mühitə daxil olmaması, yad ideologiyaları insanlara təbliğ və təşviq etməmələri üçün bu cür toplantıların qarşısı alınır. Çünki onların kimliyini, haradan idarə olunduğunu bilmirik. Hansı ideologiyanı təbliğ etdiyi də məlum deyil”.

O, təmsil etdiyi komitənin bu cür hallara qarşı mübarizə aparılması prioritetinin istiqamətləndiyini deyib:

“İstər İslam, istərsə də qeyri-islam icmaları üzrə qanun pozuntularına görə müvafiq tədbirlər keçirilib və artıq qanunsuz dini mərasimlərin qarşısı xeyli alınıb. Bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar atmağı nəzərdə tutmuşuq”.

Yanvarın 13-də Bərdə rayon Polis Şöbəsinin əməkdaşları rayonun

Həsənqaya kəndi

ndə yerləşən “Əl Kəvsər” məscidində əməliyyat keçirmişdi. Məscidin imamı Əziz Hüseyn oğlu Qasımov ictimaiyyətə ünvanladığı müraciətində namaza az qalmış polislərin din adamlarına qarşı kobudluq etdiyini iddia edirdi.

Ana səhifəXəbərlər”Yanlış dini ideologiyaları yayanlara qarşı qarşı tədbirlər görüləcək”