Yanğını söndürməyə gələn FHN maşınlarının boruları partladı

Yanğını söndürməyə gələn FHN maşınlarının boruları partladı

Nərimanov rayonunda yerləşən taxta bazarı yanıb. Yanğını söndürməyə gələn FHN maşınlarının boruları partlayıb, bir müddət sonra su bitib. Yanğınsöndürənlər yanğına baxaraq gözləməli olublar.

Yanğın 3 saat davam edib. Fəhlələr deyirlər ki, yanğınsöndürən maşınlar 1 saatdan sonra hadisə yerinə çatıblar. “Onlar gecikməsəydi, hər şey kül olmayacaqdı”. Yanğının səbəbi bilinmir.

Fəhlələr 4 taxta sexində baş verən yanğın nəticəsində obyekt sahiblərinə milyonlarla manat ziyan dəydiyini deyirlər. Hadisə yerinə gələn Nərimanov Rayon İcra başçısının birinci müavini Şahmar İbadov hadisənin araşdırılması ilə bağlı komissiya yaradıldığını və ziyanın hesablanacağını bildirib. Digər suallarımıza cavab verməkdən imtina edib.

Ana səhifəVideoYanğını söndürməyə gələn FHN maşınlarının boruları partladı