"Diqlas" Ticarət Mərkəzində yanğın

Mənbə: Meydan.TV

Başlıq: "Diqlas" Ticarət Mərkəzində yanğın

Yanğından: "Çörəyi kəsilən insanlarımız çox oldu"

Yanğından: "Çörəyi kəsilən insanlarımız çox oldu"

"Diqlas" Ticarət Mərkəzində çalışan sahibkarlar yanğın zamanı onlara ciddi ziyan dəydiyini deyir.

"Səhər-səhər aşağı obyektdən səsə gəldi ki, yanğın var. Gördük, dönərxanada yanğın başlayıb. Yanğın söndürələnlərə zəng vuruldu, onlar da gəlib söndürüb geri qayıtdılar. Amma yanğın tam sönməmişdi. Dəhşət dərəcədə ziyan çəkənlər çoxdur. Yəni ki, çörəyi kəsilən insanlar çox oldu", - dükan sahibi danışır.

Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Binadakı insanlar təxliyə ediliblər. Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Qadın geyimləri dükanında çalışan Tünzalə Dünyamalıyeva 80 min manatlıq malının yandığını söyləyir. Zərərçəkən dükan sahibləri indi nə edəcəklərini bilmirlər.

"Hardasa mənə 5 min manata yaxın ziyan dəyib. Qadın geyimləri satırdım. Onlar da tez alışan maldır. İndi görək nə olur. Səhər 9-dan burdayam, yanğın da hələ də davam edir. Bizi hələ içəri buraxmırlar. Məlumat da verilmir ki, içəridəki vəziyyət necədir", - dükan sahibi Müseyib Məmiyev deyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/367a5t

Ən çox baxılan