Yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Yanğın zamanı yaranan basabasda 1 nəfər ürək tutmasından keçinib, 16 nəfər təxliyə zamanı yüngül xəsarət alıb

Source:


Yanğın zamanı yaranan basabasda 1 nəfər ürək tutmasından keçinib, 16 nəfər təxliyə zamanı yüngül xəsarət alıb

lkin məlumata əsasən, Dubayda baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub – olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

Yanğın zamanı yaranan basabasda 1 nəfər ürək tutmasından keçinib, 16 nəfər təxliyə zamanı yüngül xəsarət alıb. Yanğın binanın 20-ci mərtəbəsində baş qaldırıb və qısa bir zamanda göydələnin xeyli mərtəbəsini əhatə edib. Nəticədə binanın yalnız fasadının zərər gördüyü bildirilir.

“Address Downtown” binasının hündürlüyü 302,2 metrdir. Mehmanxana 2008-ci ildə istifadəyə verilib.

Ana səhifəXəbərlərYanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur