Yanğın nəticəsində 5 şagird zəhərlənib

Şagirdlər yanğına görə evə buraxılıblar, bu gün məktəbdə dərs olmayacaq

Source:


Şagirdlər yanğına görə evə buraxılıblar, bu gün məktəbdə dərs olmayacaq

Noyabrın 6-da səhər  Bayıl qəsəbəsindəki 51 saylı orta məktəbdə elektrik şitində yanğın baş verib. Nəticədə beş şagird tüstüdən zəhərlənib. Onlara yerində tibbi yardım göstərilib.

FHN-in məlumatına görə,  yanğın 12 kv/m sahəni əhatə edib. Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Sagirdlər evakuasiya edilib, yanğın söndürülüb.

Məktəbin direktoru Lətafət Səmədova da APA-ya bildirib ki, şagirdlər yanğına görə evə buraxılıblar, bu gün məktəbdə dərs olmayacaq.

Ana səhifəXəbərlərYanğın nəticəsində 5 şagird zəhərlənib