“Yanğın baş vermiş binanın sakinlərinin hamısı müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək”

Abid Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək

Source:


Abid Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək

“Yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək”.

Bunu

APA

-ya açıqlamasında Azərbaycan prezidenti

İlham Əliyev

in sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri, baş nazirin müavini

Abid Şərifov

deyib.

A. Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək.

Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A. Şərifov yanğın zamanı xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.

Ana səhifəXəbərlər“Yanğın baş vermiş binanın sakinlərinin hamısı müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək”