Yanğın Abşeronun işıq-qaz təchizatında məhdudiyyətlər yaradıb

“Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərindən üzr istəyib.

Source:


Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb

Dekabrın 27-də 9.55-də Səngəçalda qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.


“Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərindən üzr istəyib.

Bu barədə məlumatı APA “Azərişıq” ASC-nə istinadən yayıb. Bildirilir ki, olayla bağlı “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

SOCAR isə qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparıldığı haqda məlumat yayıb.

“Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”, – deyə SOCAR bildirib.

Ana səhifəXəbərlərYanğın Abşeronun işıq-qaz təchizatında məhdudiyyətlər yaradıb