“Çadırları FHN-in 35 nəfərlik şəxsi heyəti quraşdırır”
Sumqayıtdakı yanan beşmərtəbəli yataqxana sakinləri üçün çadırlar quraşdırılır. Məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Bildirilir ki, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.
“Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub”.
Avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub. Nəticədə yataqxananın bəzi sakinləri evsiz qalıb.