Yanan binanın sakinlərinə pul verilib

Mənzillər təmir olunacaq

Source:

 Mənzillər təmir olunacaq

Binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq.

Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında mənzilləri olan 60 ailənin hər birinə bu gün 500 manat kirayə pulu verilib.

Bu barədə APA-ya Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. RİH-dən verilən məlumata görə, hazırda yanın binanın fasadı sökülür. Fasad və yanğından zərər çəkmiş mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunacaq.

Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı 107 mənzilli doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı, 2 mənzil və bir neçə eyvan yanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunub, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın söndürülüb.

Ana səhifəXəbərlərYanan binanın sakinlərinə pul verilib