15.22. Yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdər. Bu barədə Trend-ə SN-nin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
15.05. Yanğın zamanı ölənlərin sayı 13 nəfərə çatıb, xəsarət alanlar isə 61 nəfərdər. Bu barədə Trend-ə SN-nin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
14.42. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb. Bunu
Lent.az
-a Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Daha çox yaralı Toksikologiya Mərkəzinə yerləşdirilib. 9 nəfərə yerində yardım göstərilib.
14.02. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova
APA
-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.
13.30. Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
APA
-nın xəbərinə görə, bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.
Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb. “Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. O, yaralıların olduğunu da bildirib.
Ramil Usubov və Zakir Qaralov hadisə yerindədir
Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında baş verən yanğını söndürmək üçün FHN-in yanğınsöndürən helikopterləri cəlb edilib. Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, hələ yanğın tam söndürülməyib. Bİnada qaz olmayıb. Yanğın üzlüklərin alışması nəticəsində baş verib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.
Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.
Hadisə yerinə Ramil Usubov və Zakir Qaralov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəliblər.