Mənbə: Meydan.TV

Yanan bina sakinləri: "Həmişə ümidimiz olub ki, bizə ev veriləcək"

Yanan bina sakinləri: "Həmişə ümidimiz olub ki, bizə ev veriləcək"

Hər küncü uşaqlar üçün təhlükə sayılan bu bina Neft-Qaz Çıxarma İdarəsinin gecə sanatoriyasıdır. Ötən il noyabrın 13-də qısaqapanmadan yanan bina yaşayış üçün yararsız vəziyyətdədir. Buna baxmayaraq, hələ də burada 11 ailə yaşayır. Onlardan 5-i yerli, 6-sı məcburi köçkün ailələridir.

1993-cü ildən məcburi köçkün düşən Gülnurə Sultanova deyir ki, həyat yoldaşı albinizm xəstəliyindən əziyyət çəkir. Gözləri yaxşı görmür, bura isə onun üçün əsl təhlükədir.

Yanğın ötən il baş versə də, köç bu ilin aprelində olub. Sakinlərdən Reyhanə Əliyeva şəraitsizlikdən, problemlərdən dolayı uşaqlarının məktəbdən uzaq düşdüyünü deyir.

Gülçöhrə Musayeva da sanatoriya sakinidir. 2008-ci ildə Ağdamdakı evləri yanıb. Bundan sonra o, ailəsi ilə birgə Bakıya üz tutub və bu binada məskunlaşıb. Onlar köçkün statusu daşımırlar. Odur ki, hamı köçürüləndən sonra nə edəcəklərini bilmirlər.

Binəqədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, yerli sakinlərlə bağlı qərarı da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi verəcək. Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə deyib ki, yerli sakinlərlə bağlı qərar vermək onların səlahiyyətində deyil.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bəzisinin adına çıxarış (“kupça”) var. Bəziləri orada yaşamır. Yataqxanada məskunlaşan Teyfur Hacıyev isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəndir. Vətəndaşın məcburi köçkün düşdüyü ərazi işğaldan azad edilibsə, o həmin yerdə mənzillə təmin olunmalıdır.

Bina sakinləri isə dövlət strukturlarından cavab gözləyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/urwrc2

Ən çox baxılan