Yanacaqdoldurma məntəqəsində partlayış olub

Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir

Source:
arxiv foto
arxiv foto


Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir

Tərtər rayonunun Qaradağlı kəndində yerləşən “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyi

nin (FHN) məlumatına görə, yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib. Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb.

Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda deyilir ki, yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

“Report” xəsarət alanlardan ikisinin adını açıqlayıb. Onlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Ana səhifəXəbərlərYanacaqdoldurma məntəqəsində partlayış olub