Bu resurların ixracatından azalma ayda 930 milyon dollar, adambaşına 969 dollar təşkil edib
İqtisadçı Qubad İbadoğlu Gömrük Komitəsinin məlumatını Facebook səhifəsində şərh edərkən bildirib ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda xam neft, təbii qaz və neft məhsullarının ixracatından gəlirləri 9,3 milyard dollar azalıb. Noyabrın 1-nə olan hesablamalara görə, bu il ərzində yanacaq resurlarının ixracatından aylıq azalma 930 milyon dollar, adambaşına 969 dollar və ya 1000 manat təşkil edib. Ölkəmizin bütövlükdə ixrac gəlirləri isə müqayisə olunan dövrdə 49,1 faiz aşağı düşüb. Dövr ərzində iхracda əsas mallar sırasında meyvə-tərəvəz məhsulları, kimya sənaye malları, alüminium və ondan hazırlanan məmulatlar istisna olmaqla bütün əmtəə pozisiyaları üzrə azalma qeydə alınıb.
İbadoğlu idxalda əsas mallar siyahısında artımın bugda, meyvə- tərəvəz, əzcaçılıq məhsulları, oyuncaq, qara metallar, nəqliyyat vasitələri və onların hissələrində müşahidə olunduğunu qeyd edib: “Bu dövr ərzində ölkəyə 21,5 minə qədər əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olinub ki, bu da əvvəlki illə müqayisədə 54,7 faiz azdır. Belə ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, ölkəyə eyni mal pozosyası üzrə 47,4 minə qədər avtomobil ixdal olunmuşdu”.