“Yalnız Bakı şəhərində apteklərin sayı Belçika və Avstriyada olan apteklərin sayından çoxdur”

“Dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür”

Source:


“Dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür”

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da vardır. Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əzcacılıq məhsullarının idxalı 16,4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalarçılar 160 milyon dollar vəsait xərclənmişdisə bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb.

Bu fikirləri öz Facebook səhifəsində iqtisadçı Qubad İbadoğlu paylaşıb.

İbadoğlunun sözlərinə görə, qeyd etdiyi statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bu baxımdan ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar: “Əslində Azərbaycanda istehlakçıların bu qədər dərman “yeməsi” ölkədə apteklərin sayının çox olmasını şərtləndirib. Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölcülü ölkəsində məsələn Belçika və Avstriyada olan apteklərin sayından çoxdur.

İlk baxışda dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiyməti bahalaşması ilə izah etmək mümkündür. Fikrimcə, əzcacılıq məhsullarının idxal biznesində leqallaşmsa səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək”.

Ana səhifəXəbərlər“Yalnız Bakı şəhərində apteklərin sayı Belçika və Avstriyada olan apteklərin sayından çoxdur”