Yalçın İmanov: Mən o təfəkkürdə rəhbərliyi olan Kollegiyada qalmağı özümə təhqir bilirəm

Yalçın İmanov

Yalçın İmanov

Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi

Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyilə Vəkillər Kollegiyasının Yalçın İmanova qarşı iddiası üzrə qərar çıxarılıb. Qərara əsasən, Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilib.

Y.İmanov Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verəcək. Çünki qərarı qanunsuz və əsassız hesab edir. Deyir ki, onun vəkillikdən uzaqlaşdırılması siyasi sifarişin nəticəsi idi, ona görə məhkəmədən gözləntisi yox idi. Bununla belə, qərardan apelyasiya şikayəti verəcək. Çünki məqsəd bu işi Avropa Məhkəməsinə göndərməkdir.

"Mən o təfəkkürdə rəhbərliyi olan Kollegiyada qalmağı özümə təhqir bilirəm. Bir rəhbərlik ki, vəkillərdən işgəncəyə, insan hüquqlarının pozulmasına göz yummağı, susmağı tələb edir, onlar haqda artıq nəsə deməyə ehtiyac yoxdur. Mən onların tələb etdiyi kimi vəkil ola bilmərəm, elə olmaq da istəmirəm. Dostum Adil İsmayılovun dediyi kimi, bir insanın taleyi mənim kimi 100 vəkilin Kollegiya üzvlüyündən daha vacib məsələdir. Məni Abbas Hüseynova işgəncə verilməsini ictimailəşdirdiyimə görə vəkillikdən uzaqlaşdırıblar. Peşman deyiləm, yenə eyni vəziyyət yaransaydı, bir an belə, tərəddüd etmədən yenə eyni cür davranardım".

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarı əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilib. O, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatı ictimailəşdirməkdə günahlandırılaraq, vəkillik fəaliyyəti dayandırılıb. Y.İmanov A.Hüseynovun məruz qaldığı işgəncələr (40 dərəcə istidə açıq havada dəmir dirəyə bağlanıb, gün boyu orada saxlanması, dəyənəklə döyülməsi, soxulcanla dolu otaqda saxlanması və s.) barədə onun öz sözləri əsasında mətbuata açıqlama verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f8hbga

Ən çox baxılan