Yağış davam edəcək

Bəzi rayonlarda yağış leysan xarakterli olacaq

Source:


Bəzi rayonlarda yağış leysan xarakterli olacaq

Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Bəzi rayonlarda yağış leysan xarakterli olacaq:

“Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 13-16, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir”.

Ana səhifəXəbərlərYağış davam edəcək