Yael Bron-Pive: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”

Yael Bron-Pive. Foto: “news.am”

“Fransa Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə qərar verməməlidir”

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır – bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”.

Bunu yanvarın 13-də Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive Yerevanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həm Senat, həm də Fransa Milli Assambleyası Azərbaycanın Ermənistanla sərhəddə təcavüzünü, eləcə də Laçın dəhlizinin blokadaya alınmasını pisləyən qətnamə qəbul edib.

Jurnalistlərdən biri xatırladıb ki, Azərbaycan Qarabağ münaqişəsinin həll olunduğuna inanır və bununla da ATƏT-in Minsk qrupunun mövcudluğunu inkar edir. Bu məsələyə münasibətiniz necədir? Laçın dəhlizinin açılması ilə bağlı ATƏT hansı konkret addımlar atmalıdır sualına Yael Bron-Pive belə cavab verib:

“Hesab edirəm ki, bu gün tərəflərin dialoqa qayıtması vacibdir. Minsk Qrupu mövcud platformalardan biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Bu gün hər bir tərəfin bu işdə iştirak etməsi, dialoqa qayıdışın zəruriliyini dərk etməsi vacibdir. Biz parlamentarilər Minsk Qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq. Ancaq bu yeganə yol deyil. Vəziyyətin gərginliyini mümkün qədər aradan qaldırmaq üçün hər vasitəyə çalışılmalıdır. Düşünürəm ki, dialoqa qayıtmağa imkan verəcək şərtlərin nədən ibarət olduğunu bizə bildirmək baxımından Ermənistanın da rolu çox önəmlidir”.

“Dağlıq Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə həlli üçün Fransanın nöqteyi-nəzərindən hansı statusun nəzərdə tutulduğu” sualını cavablandıran Yael Bron-Pivet bildirib ki, Fransa Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə qərar verməməlidir:

“Bizim mövqeyimiz çox aydındır. Ona görə biz bu gün Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir”.

Ana səhifəSiyasətYael Bron-Pive: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”