Yadigar Türkelin iddiası təmin olunmadı (VİDEO)


“Fəlsəfə yaxşı şeydir, ancaq yüksək düşünənlər üçündür”. Aristotelin bu sitatını  Elmlər Akademiyasının doktoru Yadigar Türkel məhkəmə zalında çıxışında bildirib. Yadigar Türkelin işdən azad olunmasıyla bağlı qaldırdığı iddiaya bu gün Yasamal Rayon Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə baxılıb.

 Fəlsəfə və Hüquq institunun direktoru İlham Məmmədzadə çıxışında bildirib ki, Yadigar Türkel bütün fevral boyunca işdə olmayıb. Əlavə edib ki, işçilər Yadigar Türkeldən qorxur, o, işçilərə təzyiq edir.

Yadigar Türkel isə bildirib ki, onun Azərbaycan elminə, ictimai siyasi düşüncəsinə etdiyi xidmətlərindən çəkinirlər. Məhkəmə prosesində qarşı tərəfin vəsatəti qismən təmin olunub, nəticədə 3 nəfər şahid qismində dindirilib. Şahidlərdən Aytəkin Zeynalova ifadəsində bildirib ki, Yadigar Türkel direktoru mətbuatda pisləyib. O fevral ayında ən çox 25 saat işdə olub.

Yadigar Türkel etiraz edərək, xanımı həyatında birinci dəfə gördüyünü vurğulayıb.

Şahidlərdən Qabil Camalov və Sənan Həsənov isə doktoru işdə az gördüklərini bildiriblər.

Məhkəmə müşavirəyə gedib-qayıtdıqdan sonra, Yadigar Türkelin şikayətini təmin etməməklə bağlı qərarı açıqlayıb.

Ana səhifəVideoYadigar Türkelin iddiası təmin olunmadı (VİDEO)